Ramilin uğurlu seriyası qırıldı - Premyer Liqada

Ramilin uğurlu seriyası qırıldı - Premyer Liqada
XƏBƏR 29 Mart 2019 / 21:38 6786
-  A +

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki,  komanda 21-ci turda doğma meydanda Tula "Arsenal"ı ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Şeydayev bu görüşdə 73-cü dəqiqədə meydana daxil olub. Ardıcıl üç matçda Rusiya  Premyer Liqasında qol vuran millimizin hücumçusu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, “Krılya Sovetov” hazırda  24 xalla 11-ci pillədə qərarlaşıb.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner