Azərbaycan milli komandasında mükafatla bağlı narazılıqlar baş qaldırıb.
Qol.az xəbər verir ki, buna səbəb UEFA Millətlər Liqasında Farer adaları komandaları ilə matçlarda qazanılan iki qələbəyə görə AFFA-nın vəd etdiyi mükafatın hələ də komandaya verilməməsidir. Söhbətin bir oyuna görə ümumən 30 min manatdan getdiyi bildirilir.
AFFA-nın mətbuat katibi Firuz Abdulla dünən mətbuata açıqlamasında deyib: “Millətlər Liqasında qələbəyə görə mükafatların verilməməsi haqda xəbər doğrudur”. AFFA nümayəndəsi bunun səbəbini qarşıya qoyulan məqsədə - qrupdan çıxmağa müvəffəq olunmadığına görə atıldığını deyib.
Amma maraqlıdır ki, federasiya rəhbərliyi, dünya reytinqində Azərbaycandan 30 pillə geridə - 138-ci yerdə olan Litva ilə bir neçə gün əvvəl Bakıda keçirilən yoxlama matçındakı nəticəyə (0:0) görə komandaya mükafat ayrıldığını təsdiq edib. Qol.az-ın daha əvvəl yaydığı xəbərə görə, bu məbləğ hər bir oyunçu üçün 5 min manat təşkil edir.
Başqa məlumata görə, yoxlama oyunu üçün komandaya mükafat ayrılsa da, Millətlər Liqasındakı iki qələbəyə görə mükafatın verilməməsi Dmitri Nazarov başda olmaqla bir neçə futbolçunun etirazını səngitməyib.
Məsələ ilə bağlı “Futbol +” qəzeti bu gün yazıb: “Onlar yaxın çevrələrində etirazlarını çəkinmədən dilə gətirirlər. "Mafiya”ya başçılıq edən isə Dmitri Nazarovdur. Almaniyada legioner həyatı yaşayan, Azərbaycana heç bir bağlılığı olmayan yarımmüdafiəçi Millətlər Liqasındakı mübarizəyə görə kiçik məbləğdə olsa belə, pul mükafatının verilməsini istəyir. Bunu isə çəkilən əziyyətlə, 6 oyunda Almaniyanı tərk edib müxtəlif ölkələrə yollanmaqla, xüsusən də toplanan 9 xalla bağlayır. Noyabrdan bu yana pulların hesaba köçürüləcəyinə ümid etsə də, ortada müsbət nəticənin olmadığını görərək özündən çıxır.
Hər halda, Xorvatiya və Litva ilə oyunlarda Dmitrinin özünə bənzəmədiyini hər kəs gördü. Layiq olmadığı halda Azərbaycan millisinin formasını geyən, özünə yaxşı reklam qazanan və bunun müqabilində pul davası edən futbolçuya millidə yer olmamalıdır”.
AFFA-nın mətbuat katibi Firuz Abdulla isə dünən mətbuata bildirib ki, Nazarovun mükafatı israrla istəməsi barədə məlumat həqiqəti əks etdirmir: “Onun bu barədə quruma rəsmi müraciəti olmayıb".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi