Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.
Qol.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər yayıb.
IOC İntizam Komissiyası olimpiada zamanı Xristovun antidopinq qaydalarını pozduğunu üzə çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Nəticədə bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Onun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınıb.
25 yaşlı idmançı qərardan İdman Arbitraj Məhkəməsinə apellyasiya verə bilər. O, 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. Xristov 2015-ci ildə orqanizmindən nandrolon tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum olunub.(Report)
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı