Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağatahir Əzimov Hollandiya ilə oyundan sonra açıqlama verib.
Qol.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının saytına danışan Əzimov 1:6 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:
“Hollandiyaya qarşı uşaqlar pis oynamadılar. Bərabər səviyyəli oyun idi. Yenə eyni şeylər təkrarlandı – biz epizodlarımızdan istifadə edə bilmədik, rəqib isə əksinə, hər şansını qola çevirdi. Oyunda hesab 0:0 olan vaxt təkbətək çıxmışdıq. Qol vurmalı olduğumuz epizodda qapıçını məyus edə bilmədik, əvəzində rəqib əks-hücuma çıxdı və bizi bağışlamadı. Belə qollar buraxdıq. Azərbaycan çempionatındakı oyunlarımızdakı çatışmazlığı burda da yaşadıq. Razıyam, Avropa çempionatının oyununda Birinci Liqadakı qədər epizod yarada bilmədik, ancaq hesabı lehimizə çevirmək üçün şansımız az olmadı. Son məqamda sanki uşaqların ayaqları əsir, qorxurlar. Halbuki həmin anda ötürmə etmək lazımdı. Öz səhvlərimizdən uduzduq. Nə Kiprlə, nə də Hollandiya ilə qarşılaşmada hesab belə olmalı idi. Oyun gedir, mübarizə aparırıq, ancaq əsas məqamda işimizin öhdəsindən gələ bilmirik. Qol vura bilmiriksə, qələbə qazanmağımız da mümkün deyil. Oyunun videoyazısına baxsanız dediklərimin şahidi olacaqsınız. Bu da təcrübəsizlikdən irəli gəlir”.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır