İspaniyanın Qvadalaxara şəhərində karate üzrə 54-cü Avropa çempionatına start verilib.
Qol.az-ın məlumatına görə, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev yarışın ilk günü tatami üzərinə çıxıb. 75 kq çəki dərəcəsində çıxış edən karateçimiz Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə üstələyən Rafael həlledici qarşılaşmaya vəsiqə qazanıb.
O, qızıl medal uğrunda döyüşdə finallarda ənənəvi rəqibinə çevrilən Luici Busa (İtaliya) ilə görüşəcək. Həlledici qarşılaşma martın 30-da keçiriləcək. Bu, idmançımızın qitə birinciliklərində 13-cü finalı olacaq.
Xatırladaq ki, 5 qat dünya çempionu olan Ağayev əvvəlki qitə çempionatlarında fərdi yarışlarda 11 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. O, komanda yarışlarına daha 5 bürünc mükafata yiyələnib.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı