21 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində təlim-məşq toplanışını başa vuran "Bohemians" klubunun U-21 komandasının yarımmüdafiçisi Arzuman Rizvanov yenidən Çexiya təmsilçisinin düşərgəsinə qayıdıb.
Qol.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gənc futbolçu hazırlıq prosesininin onun üçün faydalı olduğunu bildirib:
"Təlim-məşq toplanışına dəvət olunmağım məni sevindirdi. Köhnə dostlarım, eyni zamanda, yığmanın yeni baş məşqçisi Milan Obradoviçlə görüşdüm. Hər şey mənim üçün maraqlı və faydalı oldu".
Qeyd edək ki, A.Rizvanov fevralda Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians"lə bu ilin sonuna kimi müqavilə imzalayıb.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər