Esyen "Real"la oyuna çağırıldı

Esyen "Real"la oyuna çağırıldı
XƏBƏR 28 Mart 2019 / 17:42 7628
-  A +

"Səbail"in yeni transferi Maykl Esyen "Real"ın hər il ənənəvi olaraq, karyerasını başa vurmuş əfsanəvi futbolçular arasında təşkil etdiyi oyuna dəvət alıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qanalı yarımmüdafiəçi xeyriyyə məqsədilə keçiriləcək matçda sabiq komandası "Çelsi"nin formasını geyinəcək. İspan və ingilis klublarının veteran futbolçularının mübarizə aparacağı qarşılaşma iyun ayının 23-də "Santyaqo Bernabeu" stadionunda olacaq.

Qeyd edək ki, vaxtı ilə "Çelsi", "Real" və "Milan" kimi klubların formasını geyinmiş Esyen bir müddət öncə "Səbail"lə 1.5 illik müqavilə bağlayıb.

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner