"İtaliyada işləmək istərdim" - Roberto Bordin

"İtaliyada işləmək istərdim" - Roberto Bordin
ÖLKƏ FUTBOLU 28 Mart 2019 / 11:29 3153
-  A +

"Bir neçə ildir məşqçilik edirəm və əsasən ölkə xaricində çalışıram. Moldovada 2 çempionluq və bir kubok titulum var. "Şerif"lə Avropa Liqasının qrup mərhələsində iştirak etmişik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlamasında deyib. Bakı klubundakı vəziyyətindən danışan italiyalı mütəxəssis yenidən gələcəkdə ölkəsində işləmək istədiyini gizlətməyib:

"Hazırda "Neftçi"ni çalışdırıram. Əlbəttə, nə vaxtsa İtaliyada işləmək istərdim. Amma indiki məqamda özümü Azərbaycanda xoşbəxt sayıram və burada təcrübəmi artırmaqdan məmnunam".

Qeyd edək ki, Bordin bu mövsümün əvvəlindən "Neftçi"ni çalışdırır.

Daha çox


Son xəbərlər
topaz banner