Şeydayev Rusiya klubunun düşərgəsinə qayıtdı

Şeydayev Rusiya klubunun düşərgəsinə qayıtdı
XƏBƏR 27 Mart 2019 / 20:30 3087
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev klubu "Krılya Sovetov"un düşərgəsinə qayıdıb.

Qol.az-ın Rusiya təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, o, komanda ilə ümumi məşqlərdə iştirak edir. 23 yaşlı hücumçu ölkə çempionatının 21-ci turunda martın 29-u keçiriləcək "Arsenal"la (Tula) ev oyununa hazırlaşır.

Qeyd edək ki, R.Şeydayev Rusiya Premyer Liqasında son üç matçdır meydanı qolla tərk edir.

Əlavə edək ki, millimizin üzvü AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyunda (1:2) komandamızın yeganə qolunun müəllifi olub.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner