Millimiz üçüncü oyununda da uduzdu
Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.
Qol.az xəbər verir ki, komandamız Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz ilk iki oyununda dabGürcüstana (0:2), və Səudiyyə Ərəbistanına (1:2) uduzub.