Forma biabırçılığına AFFA-dan - rəsmi reaksiya

Forma biabırçılığına AFFA-dan - rəsmi reaksiya
ÖLKƏ FUTBOLU 27 Mart 2019 / 14:43 7202
-  A +

"Avro-2020"nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununun 72-ci dəqiqəsində Riçard Almeydanın yerinə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub.

Qol.az xəbərinə görə, AFFA rəsmi "Feysbuk" səhifəsi vasitəsi ilə yaydığı məlumatda bildirib ki, federasiya rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.

Xatırladaq ki, Xorvatiyaya 1:2 hesabı ilə uduzduğumuz oyunda E. Mahmudovun soyadı geyindiyi formanın üzərində "Makhmudiv" kimi yazılıb.

Daha çox


Son xəbərlər
topaz banner