Mövsüm uğursuz çıxış edən "Fənərbaxça" yayda bir neçə futbolçusu ilə yollarını ayıracaq.Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanı tərk edəcək oyunçulardan ikisi artıq dəqiqləşib. Bunlar - Martin Şkrtel və Şener Özbayraklıdır. İddiaya görə, hər iki müdafiəçinin yeni klubları da bəllidir. Slovakiyalı futbolçu İtaliyanın "Parma", türkiyəli oyunçu isə yerli "Qalatasaray" klubu ilə anlaşıb.
Qeyd edək ki, Şkrtel bu mövsüm "Fənərbaxça"da daim əsas heyətdə meydana çıxsa da, Şener əsasən ehtiyatda qalır.