"Həm bizim, həm də Azərbaycan üçün çətin oyun oldu. Çünki hər iki komanda üç gün öncə çətin ağır keçirmişdi. Üstəlik, biz uzun yol qət etmişdik".
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycanla yoldaşlıq oyunundan (0:0) sonra jurnalistlərə açıqlamasında Litva millisinin kapitanı Fyodr Çernıx deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 27 yaşlı yarımmüdafiəçi bərabərliyin ədalətli nəticə olduğunu söyləyib:
"Çətinliklərə baxmayaraq, meydanda maraqlı oyunun getdiyini deyə bilərəm. Azərbaycanın da yaxşı imkanları oldu, bizim də. Məncə, hər iki komanda qalib gələ bilərdi. Düünürəm ki, sonda ədalətli nəticə oldu".
Moskva "Dinamo"sunun formasını geyinən futbolçu Azərbaycanın döyüşkən komanda olduğunu bildirib: "Hər zaman qalib gəlmək mümkündür. Ola bilsin ki, Azərbaycana qalib gələ bilməməyimizə aqressiya çatışmazlığı səbəb oldu. İlk dəqiqələrdən gördük ki, Azərbaycan yaxşı komandadır, döyüşkəndir. Demək olar ki, bütün futbolçulçar texnikalı idi. Buna görə hazırlaşmışdıq. Meydanın mərkəzində rəqibi bağlamağa çalışırdıq ki, oradan hücum qura bilməsinlər, daha çox cinahlardan gəlsinlər. Buna uyğun oynadıq və bərabərə qaldıq. Bizim üçün müsbət nəticədir".
Sonda isə Çernıx Azərbaycan və Litva millilərinin seçmə mərhələdəki şanslarını dəyərləndirib: "Həm bizim, həm də sizin qrupunuz çətindir. Düşünürəm ki, hər iki komanda üçün ağır olacaq. Amma həyatda möcüzələr baş verir. Bəlkə də Litvanı və ya Azərbaycanı Avropa çempionatında görərik".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi