"Yaxşı oynadıq, sadəcə, qol çatmadı" - Eddi İsrafilov

"Yaxşı oynadıq, sadəcə, qol çatmadı" - Eddi İsrafilov
ÖLKƏ FUTBOLU 25 Mart 2019 / 21:40 3302
-  A +

Millimizin futbolçusu Eddi İsrafilov Bakıda Litva ilə yoxlama matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, yaxşı oynadıqlarını bildirib.

- Qalib gəlmək üçün nə çatmadı?

- Biz yaxşı oynadıq, sadəcə, qol çatmadı. Yeni baş məşqçimiz var, çox çalışacağıq. Yeni futbolçularımız da var. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq.

- Xorvatiya ilə oyundan sonra Litvaya 2-3 cavabsız qolla qalib gələcəyimizi düşünənlər var idi.

- Futbol elədir ki, necə olacağını qabaqcadan demək olmaz. Gələcəyini düşünə bilərsən, amma sonra qalib gəlmirsən. Ona görə də çox çalışmaq lazımdır. Düşünürəm ki, digər oyunlarda qalib gələrik.

- Qrupdan çıxmağımız realdır?

- Bilmirəm. Amma biz qrupdan çıxmaq istəyirik. Ancaq necə olacağını sonda görəcəyik. Bizim bunun üçün çox gücümüz var. Futbolda nəyin necə olacağını bilmək olmaz. Sadəcə, gücümüz var və irəliyə getmək istəyirik.

- Əvvəllər yığmada yaxşı oynamırdın. İndi isə heç də pis oynamırsan. Fərq nədədir?

- Bunun səbəbini bilmirəm. Mən hər zaman yaxşı oynamaq istəyirəm. Amma hərdən istədiyin kimi alınmır. Mən ola bilər ki, indi yaxşı oyun sərgiləyim. Mən hər zaman belə olmasını arzulayıram.

- Qurban Qurbanovun dönəmində dəvət almadın. Səncə, bu nəyə görə belə oldu?

- Bilmirəm, bunu məndən yox, Qurban Qurbanovdan soruşun.

- Nikola Yurçeviç Azərbaycan millisinə uğur qazandıra biləcək?

- Hələ ki, nəsə demək çox tezdir. Nikola yaxşı baş məşqçidir. Bizə yaxşı motivasiya verir. Çoxlu söhbət edir. Biz də oynayırıq, görək, necə olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner