Millimizin futbolçusu Təmkin Xəlilzadə Bakıda Litva ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Yoldaşlıq görüşü olsa da, rəsmi matç kimi hazırlaşmışdıq. Məncə, qələbə qazanmağımız üçün son nöqtəni qoymaq çatmadı. Hər şey edirdik, lakin sonluq alınmırdı. Rəqibdən 90 dəqiqə üstün oynadıq. Təəssüf ki, qalib gələ bilmədik.
- Hər iki komandanın futbolçuları niyə aqressiv idi? Sanki yoldaşlıq yox, seçmə mərhələ oyununa çıxmışdınız...
- Rəqibin aqressiv olmağının səbəbini bilmirəm. Biz qalib gəlmək üçün aqressiv idik. Ancaq biz qələbə üçün alışıb-yanırdıq. Buna görə də yəqin ki, aqressiv idik. Uşaqlarla qələbəyə söz vermişdik.
- Dünən Macarıstan Xorvatiyanı 2:1 hesabı ilə məğlub etdi. Bunu sensasiya adlandırmaq olar?
- Çox çətin qrupa düşmüşük. Bütün rəqiblər bizdən birbaş üstündür. Lakin Xorvatiyaya 1:2 hesablı məğluniyyətdən sonra xalq, media bizdən daha artığını gözləyir. Buna haqqları da var. Ancaq bizi də başa düşsələr, yaxşı olar. Mən deyərdim ki, Xorvatiyaya məğlubiyyətimiz son illərdə milli adına ən yaxşı nəticəmiz idi. Slovakiya və Macarıstanla oyunlarda əlimizdən gələni edəcəyik.
- Macarıstan Xorvatiyaya qalib gəldi. Millimiz üçün uğurlu adlandırdığınız nəticəni xorvatların zəif oyunu ilə əlaqələndirmək olar?
- Mən belə deməzdim. Xorvatlar bizimlə oyunda əziyyət çəkdilər və qələbəni asan şəkildə qazanmadılar. Dünən macarlar da aqressiv idi. Bu da o deməkdir ki, qrupda gərgin mübarizə gedəcək. Bizə kiçik ölkə kimi baxıb, 6 xal qazanacaqlarını düşünə bilərlər. Biz də göstərəcəyik ki, əl-qolumuzu sallamağa çıxmayacağıq. Bütün oyunlarda rəqiblərimizi büdrətməyə çalışacağıq.
- Hazırda qrupumuzda bizdən başqa hamının xalı var. Yəqin rəqiblərimizin oyunlarını izləmisiniz. Demək olarmı ki, qrupun ən zəifi bizik?
- Reallıqla baxsaq, əlbəttə. Onlar bizdən birbaş üstündülər. İndi futbolda hər şey mümkündür. Hamı mübarizə aparır. San Marino Şotlandiyaya 0:2 hesabı ilə uduzursa, biz niyə rəqiblərdən xal almayaq? Vaxtımız var, hazırlaşacağıq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi