"Xorvatiya oyundan bir neçə gündən sonra soyuq başla danışmaq olar. Bizi sensassiyadan 10 dəqiqə ayırdı. Bir çox pozitiv şeyləri müşahidə etdim. Futbolçuların performansından razı qaldım. Litva ilə matç da önəmlidir. Yoldaşlıq görüşüdür, lakin müsbət oyundan sonra müsbət nəticə də qazanmaq istəyirik. Eyni zamanda fərqi futbolçulara da şans verməyə çalışacağıq".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç sabah Litva ilə keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
- Litva ilə matç üçün heyəti açıqlamaq fikriniz var?
- Dəyişikliklərin olması normaldır. Biz daha gümrah futbolçulara şans verməliyik. Xorvatiya ilə matçdakı çıxışlarından razı qalmışam. Ağır qarşılaşmadan sonra Bakıda ancaq bərpa məşqləri keçdik.
- Sabah start heyətində iki hücumçuya yer verməyiniz mümkündür?
- Dəyişiklik nə dərəcədə olacaq, kim oynayacaq - kim yox - bunlar barədə bu gün baş tutacaq məşqdən sonra qərar veriləcək. Ola bilər ki, 2 cinah, 1 mərkəz hücumçusu ilə başlayaq. Hələ məlum deyil. Ramil Şeydayev həm mərkəzdə, həm də "10 nömrə" kimi oynaya bilər.
- Millinin potensialı "1 nömrə" kimi oynamağa imkan verir?
- Bu rolu oynaya biləcəyimizə ümid edirəm. Litva Xorvatiya deyil. İlk növbədə kompakt oynamağa, top saxlamağa çalışacağıq. Xorvatiya kimi böyük komanda olmayan Litva ilə görüşdə futbolçularımızın özlərini necə göstərəcəkləri mənə də maraqlıdır.
- Konfransın gedişində qeydlər aparırsınız. Bilmək olar orda nə yazırsınız?
- Burada ağlıma gələn kombinasiyaları, oyunçuları qeyd edirəm. Bunun nəticəsini sonra görəcəyik (gülür).
- Azarkeşlərə mesajınız nədir?
- Hər şeyin müqabilində realist olmalıyıq. Xorvatiya dünya çempionatının ikincisidir. Biz isə başqa dünyadayıq. Zaqrebdə sərgilədiyimiz futbol bizi pozitiv düşünməyə sövq edir. İndiki rəqibimiz də yaxşıdır, amma Xorvatiya deyil.
- Qapıda yenə Səlahət Ağayev olacaq?
- Yəqin ki, Səlahət olacaq.
- Kapitan sarğısı Maksim Medvedevdə qalacaq?
- Kapitan odur. Qalan spikulisiyalar barədə danışmaq istəmirəm.(Spornet.az)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi