Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.
Qol.az-ın məlumatına görə, komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Qrupun digər oyunu isə bu gün Rusiya və Rumıniya kollektivləri arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Yığmamız bu məğlubiyyətdən sonra bu ilin iyul ayında Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanmaq şanslarını itirib. Çünki hazırda 1 xalla 3-cü pillədə qərarlaşan komandamızın 6 xalla lider olan olan İrlandiyaya çatması mümkün deyil. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə yüksəlirlər. Millimizlə eyni xala sahib Rusiya 3-cü, xalsız Rumıniya isə sonuncudur.
Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib.
23 mart
13:00. Azərbaycan U-19 - İrlandiya-U-19 - 1:3
Qollar: Rayt, 41, Nayt, 63, Afolabi, 85 - Kamran Quliyev, 73
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 59
Baş hakim: Adam Farkaş (Macarıstan)
“Kuban” stadionu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi