"Məğlub olduq. Fərqi yoxdur ki, rəqib dünya çempionatının gümüş medalçısıdır və ya başqa komandadır. Sədəcə, yenildik və hesabımızda xal yoxdu. Bu, bizim üçün üzücüdür".
Bu sözləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Görüşdə hesabı açan 23 yaşlı hücumçu qol vurmamışdan öncə də şansının olduğunu, ancaq yararlana bilmədiyini söyləyib: "İlk epizodda rəqib qapısına yol tapmalı idim. Ancaq bunu etsəydim, ola bilər ki, qol vurduğum epizod olmaya bilərdi. Vurduğum qol yaxşı alınsa da, nəticə gətirmədi. Şadam ki, yenə qol vura bildim. Ancaq bu əvvəlki 3 qolumdan fərqli olaraq nəticə gətirmədi. Birinci hissənin bitməsinə 1 dəqiqə qalmış qol buraxdıq".
O, matçda meydandan bir xalla ayrılmaq ehtimallarının olduğunu vurğulayıb: "Məğlubiyyətə layiq olub-olmadığımızı demək çətindir. Əlbəttə, dünyanın ikinci komandası ilə görüşdə bütün oyunboyu müdafiə olunmaq asan deyil. 90 dəqiqə müdafiə olunduq, iki qol imkanımız oldu".
Şeydayev qarşılaşma başa çatandan sonra rəqibin heç bir oyunçusu ilə forma dəyişdirmədiyini deyib: "Bu, mənlik deyil" (sportnet.az).
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi