"Azərbaycanda Xorvatiyaya çox hörmət edirlər. Bunun da səbəbi Robert Prosineçkidir".
Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya mətbuatına açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Qoran Paratski deyib. Nikola Yurçeviçin milli komandamıza baş məşqçi təyin olunmasına münasibət bildirən xorvatiyalı futbolçu bunu yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki ilə əlaqələndirib:
"O, buradakı yaxşı işi ilə bütün qapıları açdı. Hamı Prosineçki haqda müsbət fikirlər səsləndirir və deyir ki, milli komanda onun rəhbərliyi altında daha yaxşı oynayırdı. Yığmanı yenidən xorvatiyalı məşqçiyə tapşırmalarının əsas səbəblərindən biri də budur".
Paratski millimizin heyətində Xorvatiya üçün ən təhlükəli futbolçunun adını da açıqlayıb: "Azərbaycan millisinin heyətində ən təhlükəli futbolçu Mirabdulla Abbasovdur. Hazırkı komandam "Neftçi"nin kapitanı Ruslan Abışov təcrübəli müdafiəçi olsa da, zədə səbəbindən uzun müddətdir oynamır".
Bu gün keçiriləcək Azərbaycan - Xorvatiya oyununa proqnoz verən 32 yaşlı futbolçu ölkəmizdəki həyatından da danışıb: "Hesabın 2:0 xorvatların xeyirinə olacağını düşünürəm. Bakı hər şeyin olduğu gözəl şəhərdir. Buranı çox sevirəm. Amma Premyer Liqanın səviyyəsi, rəqabət Xorvatiya çempionatı ilə müqayisədə zəifdir".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi