"Rəqibimizin yalnız son oyunlarını izləmişəm. Çünki əvvəlki görüşlərin əhəmiyyəti yoxdur. Hər bir baş məşqçi öz fəlsəfəsini ortaya qoyur. İndi də yeni mütəxəssisdir. Necə oynayacaqlarını maraqla gözləyirik".
Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl "Maksimir" stadionundakı mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Həmkarınız və həmyerliniz Nikola Yurçeviç barədə hansı fikirdəsiniz?
- Açığı, başqa mütəxəssisin rəhbərlik etdiyi komandaya qarşı oynamaq daha yaxşı olardı. Çünki ondan heç nəyi gözləmək imkanımız yoxdur. Təcrübəli mütəxəssisdir, uzun illər Slaven Biliçin köməkçisi kimi çalışıb. Bu, böyük göstəricidir.
- Azərbaycan kimi rəqibə qarşı dünya ikincisinin hazırlanması nə qədər çətindir?
- İndi fərqli oyuna hazırlaşırıq. Topa daha çox nəzarət etməyi düşünürük. Ancaq əks-hücumlara köklənməyəcəyik. İlk oyunumuzdur və özümüzə heç bir stress hazırlamırıq (report.az).
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı