Millimizin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığması ilə keçiriləcək oyunöncəsi azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə martın 21-də keçiriləcək görüşlə bağlı danışıb.
- Dünya çempionatının gümüş medalçısı olmuş çox güclü kollektivə qarşı mübarizə aparacağıq. Rəqibin futbolçuları fərdi olaraq, Avropanın top-klublarında mübarizə aparırlar. Bunu dərk edirik, amma eyni zamanda bizi maraqlı oyunun gözlədiyini deyə bilərik. Gözlənilməz oyun yox, çox maraqlı mübarizənin olacağını deyə bilərəm.
- Kamran Ağayevin milliyə çağırılmamağından sonra qapını kimin qoruyacağı müzakirə olunur. Düşünmürsünüzmü ki, artıq legioner həyatı yaşamağınız sizi əsas heyətə daha da yaxınlaşdırıb?
- Bu barədə konkret biz söz deyə bilmərəm. Düşünmürəm ki, legioner həyatı yaşayıramsa, bu, mənim üçün böyük üstünlükdür. Əlbəttə, bu, futbolumuz üçün yaxşı haldır. Amma Səlahət Ağayevin də beynəlxalq oyun təcrübəsi var və "Neftçi"də gözəl mövsüm keçirir. İşimiz həm məşqlərdə, həm də öz klubumuzun oyunlarında komandaya maksimum xeyir vermək, etimad qazanmaq və bunu qorumaqdır. Qərar verən isə baş məşqçi Nikola Yurçeviç olacaq.
- Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2018-dəki kimi Fransa, İngiltərə və ya Argentinaya qarşı yox, Azərbaycana qarşı oynayacağını bildirib. Əminliklə demək olarmı ki, Xorvatiya ilə matçda əsas yük arxa xəttin üzərinə düşəcək?
- Oyundan əvvəl belə bir fikirdə ola bilmərəm. Hər şeyi görüşün gedişi göstərəcək. Düzdür, Daliç belə bir açıqlama verib. Amma futbolda mümkünsüz bir şey yoxdur.
- Yurçeviç Xorvatiyadan xal almağın yollarını göstərərkən, daha çox hansı məqamları qabardıb?
- Yeni baş məşqçimiz bizi həm psixoloji, həm də taktiki baxımdan hazırlaşdırıb. Deyərdim ki, çox yaxşı hazırlıq prosesi keçmişik. Düşünürəm ki, tapşırıqları yerinə yetirsək, Xorvatiya üçün asan olmayacaq.
- Sizə verilən tapşırıqlar əsasən nələrdən ibarətdir?
- Statistikaya nəzər yetirsək, Xorvatiya yığması güclü komandalara qarşı yaxşı oyun nümayiş etdirir. Amma Ukrayna və Türkiyə kimi ortabab komandalarla qarşılaşmalarda onlar çətinliklə üzləşiblər. Yəni, nisbətən zəif komandalarla görüşlərdə əziyyət çəkirlər. Ona görə də maraqlı mübarizənin olacağını düşünürəm. Özümə də maraqlıdır ki, bizimlə oyuna necə köklənəcəklər. Güclü rəqiblərə qarşı əks-hücum futbolu oynayan Xorvatiya millisinin bizimlə matçda hansı üslubu seçəcəyi maraq doğurur.
- Yeni baş məşqçidə əsas diqqət çəkən xüsusiyyət kimi nəyi qeyd edərdiniz?
- Kostanaydan Bakıya gəlmək üçün ən azı bir gün qət etmək lazımdır. Yəni, Astanaya çatdıqdan sonra 9-10 saat gözlədim, sonra isə təyyarə ilə Bakıya uçdum. Millinin düşərgəsinə qoşulduğum vaxt Yurçeviç məndən uçuşun, Qazaxıstan Premyer Liqası, klubumdakı işlərimin necə alındığını soruşdu, futbolçu həyatımla maraqlandı. Hələlik bunu deyə bilərəm.
- Yeri gəlmişkən, "Tobol"da işləriniz necədir?
- Qazaxıstan Premyer Liqasının ilk 2 turunda maksimum nəticə qazanmışıq. Deyə bilərəm ki, hər şey yaxşıdır. Hər iki qarşılaşmada əsas heyətdə yer almışam. Ev oyunlarımızda "İrtış"a 3:0, "Taraz"a isə 4:1 hesabı ilə qalib gəlsək də, oyunlarımız gərgin keçib. Kostanaya bizimlə görüşə gələn rəqiblər ikiqat motivasiyalı olublar. Sevindirici haldır ki, hər bir oyunçumuz komandaya maksimum xeyir verməyə çalışıb və iki oyuna 6 xal qazanmışıq.
- Keçmiş komandanız "Səbail" də hazırda Azərbaycan Premyer Liqasında pis çıxış etmir. İlk 3 dövrədən sonra 3-cü pillədədir...
- Təbii ki, "Səbail"in çıxışları ilə maraqlanıram. Hətta məşq vaxtına düşməsə, oyunlarını internet vasitəsilə izləyirəm. Komandaya bağlılığım yenə də var.
- Son oyunlarında "Qəbələ" və "Qarabağ"a uduzması "Səbail"in avrokuboklara vəsiqə şanslarını çətinləşdirməyib?
- Bu, gərginliyin artmasından xəbər verir. Çempionatın marağı da bundadır. Amma mən "Səbail"in avrokuboklara vəsiqə qazanacağını düşünürəm. Çünki bu kollektivin hər bir üzvü səylə çalışır. Bunu komandada olduğum vaxt görürdüm. İndi də hiss edirəm ki, yenə belə bir istək var.
- Yeni cəlb olunmuş qapıçı Aleksandr Rıbkanı necə dəyərləndirərdiniz?
- Rıbka təcrübəli qapıçıdır. Düşünürəm ki, o da "Səbail"ə xeyir verəcək.
- Sizcə, "Səbail"in Maykl Essyenlə müqavilə bağlaması reklam məqsədilə atılmış addımdır, yoxsa komandanın güclənməyə həqiqətən də ehtiyacı var?
- Müqavilənin reklam xarakteri daşıyıb-daşımaması barədə konkret fikir deyə bilmərəm. Essyen Çempionlar Liqasının qalibi olmuş futbolçudur. Təbii ki, "Səbail"ə xeyri dəyəcək.
- Düşünmürsünüz ki, Essyenin gəlişi kollektivdə balansı poza bilər?
- Xeyr, belə bir şey düşünmürəm. Çünki rəhbərlik və məşqçilər heyəti öz aralarında götür-qoy etdikdən sonra belə bir qərar verib. Balansın pozulma ehtimalı olsaydı, bu cür qərar qəbul etməzdilər. (report.az)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi