FIFA özünün yeni turnirinin strukturunu təsdiq edib.
Qol.az-ın xəbərinə görə, qurumun prezidenti Canni İnfantinonun ideyası olan klublarası yeni dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək. Yarış Konfederasiyalar kubokunu əvəz edəcək. Klublararası yeni dünya çempionatına 2021-ci ildən start veriləcək (17 iyun - 4 iyul) və hər dörd ildən bir təşkil olunacaq. Yarışda Avropadan (UEFA) 8, Cənubi Amerikadan (KONMEBOL) 6, Afrika (AFK), Asiya (AFK), Şimali və Mərkəzi Amerikanın (KONKAKAF) hər birindən 3, Okeaniyadan (OFK) isə 1 klubun iştirakı nəzərdə tutulub.
FİFA yeni turnir üçün hansı klubu seçməyi qitənin futbol qurumlarının öz ixtiyarına buraxıb. “Biz məsələ ilə əlaqədar UEFA prezidenti ilə konstruktiv dialoq aparmışıq və bir çox məsələdə xeyli irəli getmişik. Yaxın vaxtlarda nəticə olacaq. Elə klublar var ki, bir şəhər və ölkə çərçivəsindən daha yüksəkdədir və onların bütün dünyada fanatları var. Onlar üçün dünya çempionluğunu qazanmaq vacib olacaq” - deyə FİFA prezidenti Canni İnfantino bildirib.
2021-ci ildəki yarışın hansı ölkədə təşkil olunacağı hələ bilinmir. Amma indidən bəllidir ki, həmin çempionat DÇ-2022-yə ev sahibliyin edəcək Qətərdə olmayacaq. Çünki yayda oranın isti hava iqlimi futbol oynamağa imkan vermir.
Yeni çempionat iki futbol yarışını əvəz edəcək
Yeni dünya çempionatı təqvimdə iki futbol yarışını əvəz edəcək. Bu, FİFA-nın klublar arasında dünya çempionatı və Konfederasiyalar kubokudur (milli komandalar). İştirakçıların fikrincə, hər iki yarış zəif olub və populyarlıq qazana bilməyib. İlk yarış dekabrda keçirilir, orada 7 klub iştirak edir və bundan sonra daha iki dəfə (2019 və 2020) təşkil olunacaq.
Konfederasiyalar kuboku isə iyun ayında, dünya çempionatını təşkil edəcək ölkədə keçirilir. Yarışda 8 komanda - altı qitələrarası çempion (Avropa, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika, Afrika, Asiya və Okeaniya), son dünya çempionu və mundialın təşkilatçısı olan ölkə iştirak edir.
Avropa nəhəngləri çempionatdan imtina edir
Amma FİFA prezidenti Canni İnfantinonun yeni ideyasını Avropada bir çox böyük klub qəbul etməyib. Klubların maraqlarını qoruyan təşkilat - Avropa Klublar Assosiasiyası FİFA-ya məktub ünvanlayaraq həmin yarışı boykot edəcəyini, nəhəng klubların bu yarışa qatılmayacağını bəyan edib. Məktubu "Yuventus", "Real", "Ayaks", PSJ, "Barselona", "Mançester Yunayted" və "Benfika" da daxil olmaqla 15 klub imzalayıb. Maraqlıdır ki, Avropa klubları daha əvvəl dünya çempionatında iştirakçı sayının 32-dən 48-ə qədər qaldırılmasına qarşı da çıxmışdılar.
Qeyd edək ki, Azərbaycandan “Qarabağ” və “Neftçi” Avropa Klublar Assosiyasında əsas, “Qəbələ” isə assosiativ üzvdür. Ümumilikdə qurum özündə 232 Avropa klubunu birləşdirir. 
UEFA FİFA-ya qarşı
“UEFA öz üzvlərinin fikirlərini dəstəkləyir və futbolçuların səhhətinin qorunmasını vacib sayır. Biz Avropa Klublar Assosiasiyası ilə razıyıq. 2021-ci ildə beynəlxalq təqvim klublar arasında 24 komandanın iştirakı ilə yarış keçirməyə imkan vermir” - deyə UEFA-dan “Associated Press” agentliyinin sorğusuna cavab olaraq bildirilir. Qeyd edilib ki, bu yarış Avropada futbolçuların istirahət etdiyi dövrdə keçirilməməlidir. “Məhz bu səbəbdən bütün FİFA Şurası üzvləri və Avropa birmənalı şəkildə həmin ideyanın əleyhinə səs verdi”.
“Real” boykot etmir
Amma Avropada heç də bütün klublar hamısı FİFA-nın ideyasına qarşı deyil. Məsələn, “Bavariya”nın rəhbəri Karl-Haynz Rummenige birmənalı fikir səsləndirməyib və danışıqları davam etdirməyə tərəfdar olduğunu söyləyib.
“Hazırkı dünya çempionatı dekabrda, mənasız bir turnir kimi keçirilir. Ona görə də FİFA-nın formatı nəyə görə dəyişmək istədiyini anlayıram” - deyə o qeyd edib. Onun fikrincə, bu məsələ ilə əlaqədar FİFA, UEFA, klublar və futbolçular (FİFPro) danışıqlar yolu ilə ortaq qərara gəlməlidirlər.
Fransanın “L'Equipe” nəşri isə iddia edir ki, həmkarlarlndan fərqli olaraq, “Real”ın rəhbərliyi yeni turnirdə iştirak etməyə razıdır.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi