Xorvatiya millisinin üzvü əməliyyat olundu

Xorvatiya millisinin üzvü əməliyyat olundu
XƏBƏR 16 Mart 2019 / 13:30 1566
-  A +

Xorvatiya yığmasının futbolçusu Marko Pyatsa əməliyyat olunub.

Qol.az yerli mətbuata istinadən xəbər verir ki, “Fiorentina”nın 24 yaşlı yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Zədə səbəbindən AÇ-2020-nin seçmə mərhələsində millimiz və Macarıstanla görüşləri buraxacağı daha əvvəldən məlum olan futbolçu 6 ay meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycan, 24-də isə Macarıstanla qarşılaşacaq.

 


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner