“Hazırda “Neftçi” çempionluğa oynayan komandadır. Onlardan 1 xal almaq bizim üçün yaxşı nəticədir. Artıq “Səbail”ə yaxınlaşırıq. 2 xal fərqimiz var. Bu səbəbdən nəticə bizim üçün normaldır”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rauf Əliyev Topaz Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, oyunun sonlarında komandasının yorulduğunu söyləyib: “Daha çox əks-hücumlara çıxırdıq. Çox qaçırdıq, mübarizə aparırdıq. Ona görə son dəqiqələrdə komandamızda yorğunluq hiss olundu. Bəlkə, matçın sonlarında daha dəqiq oynasaydıq, əks-hücumlarda “Neftçi”ni yaxalaya bilərdik. Nəticə ədalətlidir”.
30 yaşlı hücumçu əsas məqsədlərinin “Səbail”i keçmək olduğunu bildirib: “Bu gün nə “Neftçi”, nə də “Qarabağ”a kömək etmək fikrimiz var. Heç kim başqa məqsəd üçün meydana çıxmır. Bu gün də meydana çıxıb, xalımızı aldıq. Bizim əsas fikrimiz “Səbail”ə yaxınlaşmaq, onları keçməkdir”.
R.Əliyev milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin yığmaya “Qəbələ”dən futbolçu dəvət etməməsinə də münasibət bildirib: “Milliyə çağırılmaq mövzusu elə bir şeydir ki, heç kim bir söz deyə bilmir. Baş məşqçi belə qərar verib, çağırmayıb. Heç kim dəqiq bilməz ki, nəyə görə çağırmayıb. Yəqin ki, komandamızdan heç kim onu qane etməyib. Heyətimizdə milli səviyyəsində çox futbolçu var. Ümid edirəm, gələcəkdə yenidən millidə olacaqlar”.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi