“Bu oyunu udmaq istəyirdik. Təbii ki, 1 xal qazandığımız üçün xoşbəxt deyilik. Bu nəticə bizi qane etmir. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, ancaq hər şey Tanrının əlindədir və o istədi ki, bu gün heç-heçə olsun. Oyundakı səhvlərimizdən nəticə çıxarmalıyıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Mamadu Mbodj Topaz Premyer Liqanın 21-ci turunda evdə "Qəbələ" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, qol vurduğu üçün sevincli olduğunu söyləyib: "Bu gün qol vurduğum üçün sevinirəm. İkinci məsələ isə vurduğum qolla komandama kömək etdim. Bu qol bizə qələbə gətirsəydi, daha çox sevinərdim. Litvada oynayanda ilk mövsümümdə 6 qol vurmuşdum. Amma təbii ki, mən bura qol vurmaq üçün gəlməmişəm. Mənim burada əsas məqsədim müdafiədə komandama kömək etməkdir”.
26 yaşlı müdafiəçi çempionatda güclü rəqabət olduğunu bildirib: “Son oyunlardakı nəticələr onu göstərir ki, Azərbaycan Premyer Liqası kifayət qədər güclü turnirdir və hər bir klub yaxşı mübarizə aparır. Bütün komandalar bir-birindən xal almağa qadirdir. Biz bunu nəinki öz oyunlarımızda, “Qarabağ”ın oyunlarında da görürük”.
M. Mbodj komandaya tez adaptasiya olmağına da toxunub: “Qışda gəlməyimə baxmayaraq, komandaya adaptasiya olmağım heç də çətin olmadı. Çünki bütün komanda, məşqçi, inzibati heyət hər şeyi edirdi ki, mən tez bir zamanda bura uyğunlaşım və bu da öz nəticəsini göstərdi”.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi