"Aydın məsələdir ki, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki “Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşduqları üçün sevindiricidir. Onları bu xal münasibətilə təbrik edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Çempionatda, yoxsa kuboka daha çox güc qoymaq fikrindəsiniz?
- Hər iki turnirdə mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün “Səbail”lə matçdan sonra hazırlıq vaxtı az idi. Düzgün bərpa olundular.
- Elvin Camalovun əvəzlənməsi nəylə bağlı idi?
- Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha da ağırlaşa bilər. Elvin əsas heyət üzvlərimizdəndir, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı.
- Milliyə “Qəbələ”dən heç bir futbolçunun çağırılmaması sizi təəccübləndirdi?
- Əlbəttə, bizi də təccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun üçün bu futbolçuları üstün tutub. Bütün oyunçularımızı milliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Rauf Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudur. İnanıram ki, oyunçularım gələn matçlara dəvət alacaq.
- Voyislas Stankoviçinm zədəsi nə yerdədir?
- Artıq fərdi məşqlərə başlayıb. Fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacaq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi