“Səbail”lə müqavilə imzalamaq üçün “Lion”, “Çelsi”, “Milan”, “Real”, “Panatinakos” kimi klublarda çıxış etmiş Maykl Esyen bu gün Bakıya gəlib. Qol.az-ın məlumatına görə, Qana millisinin keçmiş üzvü Topaz Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” – “Qarabağ” matçını (1:2) tribunadan izləyib. 36 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.
- Sizi “Səbail”in futbolçusu hesab etmək olar?
- Dəqiq məlumatı “Səbail” klubunun rəhbərliyi ilə görüşümdən sonra alacaqsınız.
- Böyük klublarda dolu tribunalar önündə oynamısınız. Azərbaycan çempionatı və bu matçla bağlı fikirləriniz necədir?
- Çox yaxşı oyun idi. Baxmayaraq ki, “Səbail” uduzdu, bu da “Qarabağ”ın təcrübəli olması ilə əlaqəlidir.
- Çempionlar Liqasının qalibi olmusunuz və böyük komandalarda çıxış etmisiniz. Maraqlıdır, “Səbail”in təklifində sizi nə cəlb etdi?
- Çempionlar Liqasında qalib olduğum günlər keçmişdə qalıb. Bunu unutmaq lazımdır. Futbolçuyam və oynamaq istəyirəm. Bakıya gəlişimdə “Səbail”in icraçı direktoru Rəhman Həsənovla klubun gələcək planlarından danışmışdıq. Bu da məni cəlb edib. Futbolçu kimi mənə yeni çağırışdır.
- Əlimizdə fürsət olsaydı, hansı futbolçunu Azərbaycana gətirə bilərsiniz?
- Bu haqda düşünmürəm.
- İndoneziya klubundan ayrıldıqdan sonra sizə təklif olmamışdı?
- 2017-ci ildə İndoneziyadan ayrıldıqdan sonra bir neçə təklif olmuşdu. Əsas təkliflər Avstraliya çempionatından idi. Ancaq Avstraliya çox uzaq olduğu üçün rədd etmişdim. Qısa fasilə götürmüşdüm. “Çelsi”də U-19 komandasında məşqçi kimi çalışırdım.
- Oyunun sürətini gördünüz. Bu yaşda sizə problem olmayacaq?
- Həyatımda çox futbol görmüşəm. Bundan da sürətli oyunlara şahidlik etmişəm. Fikrimcə, Azərbaycan çempionatında oynaya bilərəm.
- Gəlişiniz “Səbail” və Azərbaycan futbolu üçün böyük reklamdır. Bu barədə siz nə düşünürsünüz?
- Əslində, bunu düşünmürəm. Futbolçuyam və oynamaq istəyirəm. “Səbail”in planları məni cəlb etdiyindən bura gəldim. Reklamı və digər şeyləri düşünmürəm.
- “Səbail”ə uyğunlaşmağa nə qədər zaman lazım olacaq?
- Buna vaxt lazım deyil.
- Futbolçu kimi əsas tələbiniz nədir?
- Xüsusi tələbim yoxdur. Cavan oyunçularla təcrübəmi bölüşə bilirəmsə, əsas olan budur.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi