"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 21-ci turunda “Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Hesab edirəm ki, azarkeşlər maraqlı futbol izlədi. Bol hücumlar gördük. Komandaları müqayisə etdikdə, “Qarabağ” bizdən daha təcrübəli, ustalıq səviyyəsi daha yüksək olan futbolçulara sahibdir. Ancaq oyunçularım bacardıqları qədər mübarizə apardılar. Bəzi hücumlarımızda dəqiqlik çatmadı. Bunun üzərində daha çox dayanmalı olacağıq. Rəqibi təbrik edirəm. Futbolçularıma da təşəkkür etdim. Hesab edirəm ki, bir xala layiq idik.
- Oyunun qırılma anı hansı idi?
- Bir neçə an oldu. Bəzi epizodlarda qol vurub hesabda önə keçə bilərdik. Ancaq bu, baş vermədi. Amma önə keçsəydik, sistemdə dəyişiklik edəcəkdik. Rəqibin fərdi ustalıq səviyyəsi deyərkən, məsələn, Daninin cərimə zərbəsindən vurduğu qolu ancaq usta futbolçular vura bilər.
- Əvəzetmələr etdikdən sonra müdafiəyə oturdunuz. Düşünmürsünüz ki, müdafiəyə oturmaqla səhv etdiniz?
- Xeyr, biz tapşırmamışdıq ki, uşaqlar müdafiəyə otursun. Əvəzetmələr obyektiv səbəblərdən baş vermişdi. Heç kimə hesabı qorumaq tapşırığı verilməmişdi.
- Ardıcıl 2 məğlubiyyət komandaya psixoloji zərbə olmayacaq?
- Əlbəttə, məğlubiyyət yaxşı hal deyil. Qəbələdə də qol epizodlarımız oldu, bu gün də. Düşünmürəm ki, bu məğlubiyyətlər komandamıza mənfi təsir göstərsin. Növbəti oyunlara hazırlaşacağıq.
- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Dayandığımız yerdən görünmürdü. Elvindən soruşdum, dedi ki, top yaxın məsafədən əlinə dəydi. Ancaq bütün hallarda, “Qarabağ” layiqli qələbə qazandı.
- Maykl Esyenlə bağlı fikirləriniz?
- Essyen kimi dünya şöhrətli futbolçu bizim təklifə isti yanaşıbsa, bizim üçün böyük bir uğurdur. Esseynlə danışıqlar müsbət həllini tapsa, bu, futbolumuz üçün böyük uğur olar. Məşq edir, futbolu bitirdiyini də elan etməyib. Yaxın günlərdə masa arxasına keçib, danışıqlar aparacağıq.
- Essyeni almaqda məqsəd avrokuboklara hesablanıb?
- Bu gün avrokuboklardan danışmaq tezdir. Bu məqsədlə də onu sıralarımıza qatmaq istəmirik. O, ulduzdur, bu da azarkeş sayının artmasına fayda verə bilər.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi