Bu il aprelin 16-17-də Bakı İdman Sarayında aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan cüdo üzrə III beynəlxalq “Raquf Orucov kuboku” turniri keçiriləcək.
Qol.az-ın xəbərinə görə, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları iştirak edəcəklər.
Ənənəvi turnirdə Bakı şəhərini və bölgələimizi təmsil edən komandalarla birlikdə qonşu ölkələrdən dəvət edilmiş bir neçə klub komandasının iştirakı gözlənilir.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı