Bu gün "Neftçi”nin veteran futbolçusu, klubun U-16 komandasının baş məşqçisi Mirbağır İsayevin 45 yaşı tamam olur. Qol.az-ın məlumatına görə, 1974-cü ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1993-1995-ci illər ərzində "Neftçi”nin heyətində 58 oyun keçirib, 1995-ci ildə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub.İsayev yubiley günündə çalışdığı klubun rəsmi saytının suallarını cavablandırıb...
- Mirbağır müəllim, bu anadək ən yaddaqalan doğum gününüz hansı olub?
- 5 il bundan öncə mən U-17 milli komandasının baş məşqçisi olanda doğum günümü birlikdə bazada qeyd etdik. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsinin elit-raunduna hazırlaşırdıq.
- Ən böyük hədiyyə?
- Ən böyük hədiyyə elə o idi. Ümumiyyətlə, fikrimcə, hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdir, onun iş başında olmasıdır.
- Bu günü necə qeyd edəcəksiz?
"Dalğa Arena”da məşqimiz olacaq, sonra evə gedəcəm. Bu günü doğmalarımla keçirəcəm.
- Bu bir ənənədir?
- Xeyr, məndə doğum gününə aid heç bir ənənə yoxdur. Yaşın üstünə yaş gəlir, vəssalam.
- Bir daha təbrik edirik, Mirbağır müəllim!
- Çox sağ olun ki, məni unutmamısız. Bütün "Neftçi” klubuna minnətdaram.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu