"İnter"in futbolçusu Azərbaycana qarşı oynayacaq?

"İnter"in futbolçusu Azərbaycana qarşı oynayacaq?
XƏBƏR 13 Mart 2019 / 11:15 1364
-  A +

Xorvatiya millisi və "İnter"in zədəli futbolçusu Marselo Brozoviçin durumuna aydınlıq gəlib.

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı məlum olub. Brozoviçin millinin oyunlarına kimi tam hazır olacağı bildirilib.

Qeyd edək ki, Xorvatiya "Avro-2020"nin seçmə mərhələsində martın 21-də millimizlə, 3 gün sonra isə Macarıstanla qarşılaşacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner