Karius "Liverpul"a qayıdır? - Şenol Günəş narazıdır

Karius "Liverpul"a qayıdır? - Şenol Günəş narazıdır
XƏBƏR 12 Mart 2019 / 17:30 3356
-  A +

"Beşiktaş"ın yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Karius bu mövsümün sonunda İngiltərə klubuna qayıda bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubunun baş məşqçisi Şenol Günəş almaniyalı qolkiperin çıxışından razı deyil. Son oyunlarda inamsız təsir bağışlayan 25 yaşlı qapıçının növbəti mövsümdə "Beşiktaş"da olmayacağı bildirilib.

Qeyd edək ki, Karius "Liverpul"a 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında keçib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner