"Fənərbaxça"da ciddi itki - 1 ay oynamayacaq

"Fənərbaxça"da ciddi itki - 1 ay oynamayacaq
XƏBƏR 12 Mart 2019 / 16:20 1548
-  A +

Türkiyə Superliqasının 25-ci turunun "Başakşəhər"lə səfər oyununda (1:2) zədələnən "Fənərbaxça"nın yarımmüdafiəçisi Matyu Valbuenanın durumuna ayınlıq gəlib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmada ayağından xəsarət alan fransız futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Digər zədəli Nabil Dirarın isə hələ də ağrılarının olduğu və bu səbəbdən 26-cı turda "Sivasspor"a qarşı oynamayacağı bildirilib. Əvəzində isə zədəsini yenicə sağaldan Mehmet Topal sıraya qayıdıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Sivasspor" oyunu martın 15-də keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner