“Real”ın sabiq prezidenti Ramon Kalderon Joze Mourinyonun nə üçün “Kral klubu”na qayıda bilməməsi haqda fikirlərini açıqlayıb.
Qol.az-ın “Sky Sport”a istinadən yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı mütəxəssis komandadan xeyli problem yaratmaqla gedib.
“Əgər o, qayıtsaydı, daha biri problemin əsasını qoyacaqdı. O, bir çox titulu olan yaxşı məşqçidir. Amma “Real”ın liderləri Mourinyonu bəyənmirdilər. Hesab edirəm ki, Mourinyo ilə bağlı qərar verilərkən bu amil nəzərə alınıb”.
Ramon Kalderon Zinəddin Zidanın yenidən “Real”ın baş məşqçisi olmasına da toxunub: “Futbolçular onu sevirlər. O, fanatların da kumiridir. Axı, həm “Real”da oynayıb, həm də məşqçi kimi komandaya üç dəfə Çempionlar Liqasının kubokunu qazandırıb”.
Xatırladaq ki, Mourinyo 2010-13-cü illərdə “Real”ı çalışdırıb. Onun rəhbərliyi dönəmində madridlilər İspaniya çempionu (2011/12), İspaniya kuboku (2011/12) və ölkə superkubokunun (2012) qalibi olub.
Zidanın dünənki təyinatına qədər o, yenidən “Real”ın baş məşqçiliyinə əsas namizədlərdən sayılırdı.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı