Ramil Şeydayev milliyə çağırıldı

Ramil Şeydayev milliyə çağırıldı
ÖLKƏ FUTBOLU 11 Mart 2019 / 15:34 4347
-  A +

"Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb.

Qol.az xəbər verir ki, bu barədə Samara klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 22 yaşlı forvard Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və yoldaşlıq oyununda Litva ilə matçlara çağırılıb.

Ramil "Krılya Sovetov"un heyətində meydana çıxdığı son iki oyunda 2 qol vurub. 18-ci turda səfərdə Moskva "Lokomotiv"inin qapısına yol tapan forvard, ötən turda isə "Yenisey"lə matçda fərqlənib.

Qeyd edək ki, millimiz xorvatlarla martın 21-də səfərdə, litvalılarla isə martın 25-də Bakıda qarşılaşacaq.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner