Kaqava "Beşiktaş"a qələbə qazandırdı

Kaqava "Beşiktaş"a qələbə qazandırdı
XƏBƏR 11 Mart 2019 / 00:46 2762
-  A +

Bu gün Türkiyə Superliqasında 25-ci turun daha 4 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, çempionluq iddiasını davam etdirən "Beşiktaş" doğma azarkeşləri önündə "Konyaspor"u qəbul edib. Qapılara 5 qolun vurulduğu görüşdə "qara-qartallar" çətin qələbə qazanıblar. İstanbul klubuna 3 xal qazandıran qolu 90-cı dəqiqədə Sindzi Kaqava vurub.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Beşiktaş" 3-cü pillədəki yerini qoruyub. Hazırda onları lider "Başakşəhər"dən 13, 2-ci pillədəki "Qalatasaray"dan 2 xal ayırır.

Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.


10 mart

"Alanyaspor" - "Ərzurumspor"- 2:1
Qollar:
P. Sisse, 45 (1:0), Vellinton, 59-penalti (2:0), Q. Sunu, 77-penalti (2:1)

"Rizəspor" - "Kayserispor" - 3:0
Qollar:
V. Muriç, 22 (1:0), 66-penalti (3:0), B. Samudio, 56 (2:0)

"Göztəpə" - "Kasımpaşa" - 0:0

"Beşiktaş" - "Konyaspor" - 3:2
Qollar:
A. Lyayiç, 14 (1:0), Ö. A. Şahinər, 20 (1:1), B. Yılmaz, 34 (2:1), M. Fofana, 76 (2:2), S. Kaqava, 90 (3:2)

11 mart

"Qalatasaray" - "Antalyaspor"

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner