Əliyarın idarə etdiyi oyunda 2 penalti, 3 qol, 1 "qırmızı" - Video

Əliyarın idarə etdiyi oyunda 2 penalti, 3 qol, 1 "qırmızı" - Video
ÖLKƏ FUTBOLU 11 Mart 2019 / 00:20 5030
-  A +

Əliyar Ağayevin idarə etdiyi Yunanıstan Superliqasının 24-cü turunun PAOK - "Atromitos" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qol.az-ın məlumatına görə, ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrikenin 63 dəqiqə oynadığı matçda FİFA referimiz qonaqların qapısına 2 dəfə penalti təyin edib. O, əvvəlcə görüşün 15-ci, daha sonra isə 45+2-ci dəqiqəsində bəyaz nöqtəni göstərib. İlk penaltini boşa verən meydan sahibləri ikincini qola çevirə biliblər.

Oyun ərzində əlini 5 dəfə cibinə atan Ağayev PAOK-dan yeganə sarı vərəqəni Pedroya göstərib.  "Atromitos"dan isə 2 futbolçunu "sarı", birini isə 2-ci "sarı"dan sonra qırmızı vərəqə ilə cəzalandırıb.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner