"Neftçinin müdafiəçisi Mamadu Mbodj Topaz Premyer Liqanın 20-ci turunda "Sumqayıt" üzərində 2:1 hesablı qələbədən sonra klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, oyundan əvvəl qol vuracağını hiss etdiyini bildirən seneqallı futbolçu dəstəyə görə azarkeşlərə təşəkkür edib.
- Oyunla bağlı fikirləriniz necədir?
- Vacib üç xal qazandıq. Çox çətin oyun oldu, amma əlimizdən gələni elədik ki, qalib gələk.
- Qol buraxdığımız epizodu necə xatırlayırsınız?
- Topu qapıçımıza ötürmək istəyirdim, amma ötürməm zəif alındı deyə, rəqib topa birinci çatıb hesabı açdı. Təbii ki, mənim səhvim idi.
- Ondan sonra bu oyunda qol vurmaq prinsipiallıq idi?
- Mənim üçün ən əsası komandanın qələbəsidir. Amma etiraf edim ki, oyundan əvvəl qol vuracağımı hiss edirdim. Elə də oldu. Eminin ötürməsi də ideal idi, məndən ancaq işi bitirmək tələb olunurdu.
- Azarkeşlərə sözünüz olacaqmı?
- Çox sağ olsunlar! Onlar həmişə bizim arxamızdadır. Onların dəstəyini hiss edirik. Azarkeşlərimiz üçün meydanda hər şeyi etməyə hazırıq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi