Azərbaycan millisinin Xorvatiya ilə 2020-ci il Avropa çempionatının seçmə oyununa və Litvaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.
Qol.az-ın məlumatına görə, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç bildirib.
Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacağını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində - Azərbaycan Premyer Liqasının XXI turunadək açıqlayacağını da əlavə edib.
Qeyd edək ki, Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə martın 25-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı