"İlk qolu, rəqibə özümüz hədiyyə etdik. “Sumqayıt” demək olar ki, qol vəziyyəti yarada bilmədi. Qol buraxdığımız epizodda isə axmaq səhvə yol verdik”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqanın 20-ci turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Oyunla bağlı fikirlərini bildirən ukraynalı futbolçu layiqli qələbə qazandıqlarını bildirib:
"Sumqayıt" bizə qarşı heç nə edə bilmədi. Bu gün sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Hətta 70-ci dəqiqədə hesabda geridə olarkən belə, qələbə qazanacağımıza əmin idim. Havanın küləkli olması isə rəqib kimi, bizə də təsir etdi".
Petrov bu mövsüm əsas məqsədlərinin Premyer Liqada 5 ildir ardıcıl çempion olan “Qarabağ”ın hegemonluğuna son qoymaq olduğunu bildirib: "Turnir cədvəlinə baxmağa hələ ehtiyac yoxdur. Hər oyun bizim üçün həlledicidir. Gələn tura da final gözü ilə baxırıq. "Neftçi" uzun müddətdir çempion ola bilmir. Çünki "Qarabağ" 5 ildir bu titulu heç kimə vermir. Məqsədimiz buna son qoymaqdır".
Təcrübəli müdafiəçi oyunun 77-ci dəqiqəsində "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovla arasındakı mübahisəyə də aydınlıq gətirib: "Mən həmin epizodda topa vurmaq istədim. O isə mənə qarşı kobudluq etdi. Orda hansısa simulyasiya yox idi. Ukraynada bizə belə öyrətməyiblər. Həmin anda bizi yalnız qol vurmaq maraqlandırırdı".
Petrov bugünkü qarşılaşmada müdafiəçilərin "Neftçi"yə qələbə qazandırmasına da münasibət bildirib: "Meydanda hamımız birik. Qolu qapıçı və ya meydan oyunçusunun vurmasının elə bir fərqi yoxdur. Qalib gələndə hamımız sevinir, məğlub olanda isə üzülürük. Mbodj, demək olar ki, həm öz qapımıza, həm də rəqib qapısına qol vurdu. Bu gün səhvini “yudu”.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi