“Gördüyünüz kimi oyun çox çətin keçdi. Rəqibin üstünlüyü olmasa da, qol vurdular. Bundan sonra onlara daha da inam gəldi. Buna baxmayaraq, ikinci hissədə istədiyimizi əldə etdik. Şükürlər olsun ki, 3 xal qazandıq".
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqanın 20-ci turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan qolkiper buraxdığı qol haqda da danışıb:
“Futbolda belə şeylər olur. Küləyin də təsiri oldu. Mbodj mənə pas vermək istəyirdi, top dayandı. Səhvi də, düzü də bütün komanda edir. Əsas odur ki, qalib gəldik”.
Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Neftçi” vahid lider olub. Ancaq Ağayev ən yaxın izləyiciləri “Qarabağ”ı 2 xal qabaqlamalarına baxmayaraq, çempionluqdan danışmağın tez olduğunu söyləyib: “İndidən çempionluq haqda düşünmək çox tezdir. Qarşıda hələ 8 tur var. Bundan sonra hər bir matça final kimi baxxmalıyıq. Sona qədər mübarizə aparacağıq”.
Səlahət “Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçdən dəvət gözləyirsinizmi” sualına isə belə cavab verib: “Milli komandada hər bir futbolçu oynamaq istəyər. Baş məşqçi yeni gəlib. Dəvət göndərsə də, göndərməsə də, sağ olsun. Onun istənilən qərarına hörmətlə yanaşıram”.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi