Roberto Bordin qələbəni şərh etdi

Roberto Bordin qələbəni şərh etdi
ÖLKƏ FUTBOLU 10 Mart 2019 / 18:53 3705
-  A +

"Komandanın oyunundan tam razı qaldım. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Bu cür futbolçularım olduğu üçün fəxr edirəm".

Qol.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 20-ci turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, "Sumqayıt" hesabı açdığı epizodda müdafiəçi Mamadu Mbodjla qapıçı Səlahət Ağayev arasında anlaşılmazlıq yaşanıb: "Buna rəğmən özünü toparladı və lazımi qolu vurdu. İlk pillədə qərarlaşmağımızın psixoloji baxımdan bizə mənfi təsir etdiyini deməzdim. Növbəti oyunlara hazırlaşacağıq".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner