"Emil gənc olsa da, inamlı çıxış edir" - Qazzayev

"Emil gənc olsa da, inamlı çıxış edir" - Qazzayev
XƏBƏR 10 Mart 2019 / 12:01 3725
-  A +

"Emilin oyununu yüksək qiymətləndirirəm. Qapıçı üçün kifayət qədər gənc sayılacaq bir yaşda olsa da, inamlı və keyfiyyətli çıxış edir".

Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Tobol"un baş məşqçisi Vladimir Qazzayev deyib. Çempionatın ilk turunda "İrtış" üzərində 3:0 hesablı qələbəni şərh edən rusiyalı mütəxəssis Emil Balayevin çıxışına da toxunub. O, azərbaycanlı qolkiperin yaxşı məktəbə malik olduğunu söyləyib:

"Emil çox yaxşı məktəbə malikdi. Bu oyunda da qapıda olduqca etibarlı dayandı. Komandamızda faktiki iki əsas qapıçı var. Sultan Busurmanov da yaxşı vəziyyətdədir. Нaxın gələcəkdə legioner limiti ilə bağlı müəyyən dəyişikliklər edə bilərik. Busurmanov hazırlıq müddətini əla keçirdi. Qazaxıstan futbolu üçün yaxşı gələcəyi olacağına əminəm. Bu oyunda daha yaxşı vəziyyətdə olan Emilə start heyətində yer verdim. Özləri ilə söhbətdə də demişəm ki, hər ikisinə əsas qapıçı kimi baxıram".

Qeyd edək ki, qış transfer pəncərəsində "Səbail"dən "Tobol"a keçən Emil yeni komandasının heyətində çıxdığı ilk rəsmi oyunda qapısını toxunulmaz saxlaya bilib.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner