Emil Balayev "Tobol"dakı uğurlu debütündən danışdı

Emil Balayev "Tobol"dakı uğurlu debütündən danışdı
XƏBƏR 10 Mart 2019 / 10:51 2415
-  A +

"Bu, mövsümün açılışı, ilk oyunumuz idi. Matça olduqca ciddi hazırlaşmışdıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan "Tobol"unun qapıçısı Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib. Dünən Premyer Liqada 2019-2020 mövsümünün ilk turunda evdə "İrtış"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışan azərbaycanlı qolkiper azarkeşlərin dəstəyini xüsusi qeyd edib:

"Böyükhesablı qələbəmizə baxmayaraq, mənə elə gəlir ki, oyun kifayət qədər ağır oldu. Uşaqlar maksimum dərəcədə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdılar. Həmçinin bütün komanda azarkeşlərin möhtəşəm dəstəyini hiss etdi. Belə atmosferdə oynamaq əla idi. İnanırıq ki, tərəfdarlarımız bundan sonra da bizi belə dəstəkləyəcəklər".

Qeyd edək ki, Balayev "Tobol"a qış transfer pəncərəsində "Səbail"dən keçib. "İrtış"la" qarşılaşma Emilin "Tobol"da ilk rəsmi oyunu olub.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner