“Zirə”nin kapitanı Kamal Bayramov Topaz Premyer Liqanın 20-ci turunda bu gün “Qarabağ”la keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, qapıçı əvvəlcə qolsuz başa çatan görüşü şərh edib.
- Oyuna çox ciddi hazırlaşmışdıq. Bir neçə gün əvvəl mətbuata verdiyim müsahibədə bildirmişdim ki, oyuna revanş hissi ilə çıxacağıq. Komanda tam olaraq qələbəyə köklənmişdi. Qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Buna baxmayaraq, “Qarabağ”la səfər oyunundan bir xal götürmək də yaxşı nəticədir. Amma səmimi deyirəm ki, bura qələbə üçün gəlmişdik.
- Bu mövsüm üçün ən yaxşı oyununu keçirdin. 0:6 hesablı məğlubiyyətə görə motivasiyan güclü idi, yoxsa bu görüş üçün xüsusi mükafat vəd edilmişdi?
- Yox, xüsusi mükafatla heç bir əlaqəsi yox idi. Sadəcə, oyundan-oyuna inkişaf etməyə çalışıram. Hər oyunda keçmiş səhvlərimi düzəldirəm. Çalışıram ki, hər meydana çıxanda nələrisə artırım. Xüsusi motivasiyaya isə ehtiyac yox idi. Çünki elə “Qarabağ”ın adı komandamız üçün motivasiya idi.
- Ardıcıl 5 oyundur ki, komandanız məğlub olmur. Avroliqa zonası üfiqdə necə görünür?
- Çalışdığımız budur. Avroliqaya düşməyi qarşımıza məqsəd qoymuşuq. Bunu zaman göstərəcək. Əsas odur ki, komandamız 5 oyundur məğlub olmur. Qarşıdakı oyunlarda da çalışacağıq ki, maksimum xal toplayaq.
- Komandanın bunun üçün potensialı nə dərəcədədir?
- Gördüyünüz kimi, komandamız inkişafdadır. Potensialımız buna imkan verir. Biz Avroliqaya düşə bilərik. Xal fərqi də çox deyil.
- Sabah “Qəbələ” ilə “Səbail” qarşılaşacaq. Media vasiitəsi ilə “Səbail”ə uğurlar arzulamaq istəyirsən?
- Güclü olan qalib gəlsin.
- Beş oyundur uduzmasanız da, son pillələrdən qurtula bilmirsiniz...
- İlk dövrələrə baxanda, 3-cü dövrədəki çıxışımız fərqlidir. Düzdür, digər komandalar da heyətlərini gücləndiriblər. Buna baxmayaraq, məğlubiyyətsiz 5 oyun keçirmək pis nəticə deyil.
- Bu gün “Keşlə” də qalib gəldi.
- Əsas öz oyunumuza fikir veririk. Digər komandalara baxmırıq.
- Bu gün müdafiədə yaxşı çıxış etsəniz də, əks- hücumlarda komanda istədiyini edə bilmirdi. Bir neçə epizodda rəqib komandanı azlıqda yaxalasanız da, heç nə alınmadı. Səncə, hücumda probleminiz var?
- Yox, elə bir problemimiz yoxdur. Rəqib “Qarabağ”dır, sıradan komanda deyil ki, istədiyin vaxt əks hücumda qol vurasan.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu
"Liverpul"un "Qalatasaray"a vurduğu 4 qol - Video
Salahdan ÇL-də 50-ci qol
"Barselona" "Nyukasl"a 7 qol vurdu - Video
"Qalatasaray" Osimheni itirdi
A seriyasında yeni baş məşqçi
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda