"Ümid edirəm ki, qol vurmağa davam edəcəm" - Ramil Şeydayev

"Ümid edirəm ki, qol vurmağa davam edəcəm" - Ramil Şeydayev
XƏBƏR 9 Mart 2019 / 20:47 4044
-  A +

"Ümid edirəm ki, uğurlu seriya yaxalamışam və qol vurmağa davam edəcəyəm. Şadam ki, bu gün fərqləndim və komandam qələbə qazandı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubun rəsmi saytına açıqlamasında deyib. Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasının 19-cu turunda "Yenisey"i 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini açıqlayıb:

"İndi bizə daha rahat olacaq. Çünki komandaya özünəinam gəldi. Son 2 oyunda 4 xal qazanmışıq. Getdikcə daha yaxşı olacaq".

Oyunun 81-ci dəqiqəsində fərqlənərək, komandasının böyükhesablı qələbəsini rəsmiləşdirən millimizin üzvü vurduğu qoldan da danışıb: "Top mənə tərəf gəldi və zərbə vurdum, qol oldu. Əlbəttə, Əlbəttə, Samaric də birinci vura bilərdi. Amma futbolda hər şey olur".

Ardıcıl 2 oyundur meydana əvəzetmədən daxil olan Ramil buna görə narahat deyil: "Bu, baş məşqçinin qərarıdır. Ona hörmət etmək lazımdır. Əsas ruhdan düşməmək və işləməyə davam etməkdir".

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner