"Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə onlarla danışdıq, ikinci yarıya həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib. Topaz Premyer Liqanın 20-ci turunda "Keşlə" 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Meydanın durumu oyununuza nə dərəcədə təsir etdi?
- Hiss olunurdu ki, ötürmələrdə uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik.
- Futbolçuların fiziki gücü sanki tükənmişdi...
- Fiziki deyil, psixoloji cəhətdən bunu deyə bilərəm.
- Stamenkoviçin çıxışını qiymətləndirərdiniz. Sanki hər iki qol onun səhvinin nəticəsi idi...
- Saşa bizim köməyimizə çox çatıb. O, bizim üçün lazımlı futbolçudur. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq.
- Ardıcıl məğlubiyyətlərdən sonra düşünmürsüz ki, komandaya fərqli yanaşma lazımdır?
- Bəli, lazımdır. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq.
- "Qarabağ"dan xal alandan sonra sanki arxayınlıq yaranıb...
- "Neftçi" ilə görüşdə bu ola bilərdi. Amma bu gün belə deyildi.
- Təmkin Xəlilzadənin zəif çıxışının səbəbi nə idi?
- Təmkin iki gün idi komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi