Millimizin üzvü üçün 7 dəqiqə

Millimizin üzvü üçün 7 dəqiqə
XƏBƏR 9 Mart 2019 / 18:02 1486
-  A +

Almaniyanın ikinci bundesliqasında 25-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu doğma meydanda "Paderborn"la qarşılaşıb. Görüş Aue təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov matçın 83-cü dəqiqəsində - hesab 2:0 komandasının xeyirinə olarkən meydana daxil olub.

Qeyd edək ki, "Erzgebirge" 25 oyundan sonra 32 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner