8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar idman jurnalistləri - “Goal.az” saytından Zeynəb Əlizadə və telejurnalist Rəfiqə Əzizlə danışmaq qərarına gəldik. Bu sahənin çox az nümayəndələrindən olan bu iki xanım jurnalist öz maraqlı fikirləriylə yazıya rəng qatdılar.
- İlk olaraq, hər ikinizin də bayramını təbrik edirəm. Bu bayram sizin üçün çox şey kəsb edir, yəni, “Mütləq hədiyyəm alınmalıdı, qeyd edilməlidi” deyənlərdənsiniz, yoxsa önəmsəməyənlərdən?
Zeynəb: Təşəkkür edirəm. Çox önəmsədiyimi deyə bilmərəm. Ancaq bu, heç önəmsəmədiyim mənasına da gəlməsin. Diqqət görmək həmişə xoşdur, istər bayramda olsun, istərsə də adi gündə. Bayramlarda ətrafında hər kəs təbrik olunursa, hədiyyələr alırsa, sən də istəyirsən. Hədiyyə simvolikdir. Önəmli olan səni sevindirmək istəyən insanların mövcudluğudur. Hədiyyəni diqqət kimi qəbul edək. Bunu hamı sevir.
Rəfiqə: Çox sağ olun. Məncə, hədiyyə sevməyən qadın yoxdur. Təbii, diqqət, təbrik önəmlidir. Amma istənilən qadın hədiyyə alanda ikiqat sevinir.
- Özəl deyilsə, indiyədək aldığınız ən dəyərli hədiyyənin nə olduğunu deyə bilərsiniz?
Zeynəb: Həmişə bayramlarda özümə hədiyyə alıram. Nə istədiyimi , nəyə ehtiyacım olduğunu və nəyin məni daha çox sevindirdiyini bilirəm deyə, ən dəyərli də öz aldıqlarımdır. Bəlkə, nə vaxtsa özüm qədər tanıyan birinin aldığı hədiyyə də qiymətli olar. Bu il isə tanımadığım bir nəfər tərəfindən ofisə orxideya gülü göndərilmişdi. Dibçəkdə olmasına daha çox sevindim. Gül buketi sevmirəm, nə qədər gözəl olsa da, solur və atırsan. Dibçəkdəki gülü isə bəsləyirsən, sənə aid olur. Diqqət etdiyin qədər "yaşayır".
Rəfiqə: İndiyə qədər aldığım ən dəyərli hədiyyə puldur. Amma məbləğini demək istəmirəm (gülür).
- Bir qadın olaraq, daha çox kişilərin üstünlük təşkil etdiyi sahədə işləmək necə bir hissdir?
Zeynəb: İdman sahəsində işləmək istəmirdim. Oğlanların çox olduğu mühitdə çalışmaq və mənim xarakterimlə ziddiyyət təşkil edirdi. Anam əməliyyat olunmuşdu. Həmin vaxt işə çox ehtiyacım vardı deyə, 3 ay sonra təklifi məcbur qəbul etdim. Daha yaxşı iş tapana qədər, müvəqqəti işləyəcəkdim. Artıq 4 ildir. Etiraf edim ki, idman mənə maraqlı olmasa, işləyə bilməzdim.
Rəfiqə: Vallah, möhtəşəm hissdir. Öz adımdan danışacam. Bu vaxta kimi heç bir çətinlik yaşamamışam. Hətta əks cinsdən olan həmkarlarım media sektorunun izləyiciləri olduğu halda, məni həmişə VİP sektorda əyləşdiriblər. Kimə azarkeşlik etməyimdən asılı olmayaraq, istər işçilər, istər idmançılar, istər azarkeşlər tərəfindən həmişə hörmət görmüşəm.
Zeynəb Əlizadə
- Yəqin ki, “qadın futboldan anlamaz” şablonuyla çox qarşılaşmısınız.
Zeynəb: "Qadın və futbola bu qədər maraq təəccüblüdür" deyirlər. İndiyə qədər daha çox hörmətlə yanaşıldığını, yaxşı mənada təəccübləndiklərini müşahidə etmişəm. Bəzən fanatların razılaşmadıqları məqamlar da olur. Başa düşürəm, onlar fanatdır, mən isə jurnalist. Saytın səhifəsində paylaşım edənin qız olduğunu düşünmürlər. Vaxtaşırı hansısa klubun azarkeşi olmaqda ittiham edirlər. İdmançılar, əsasən də futbolçular təəccüblənirlər, öyrəşiblər öz həmcinslərinin onlara sual vermələrinə. Digər idman növləri ilə məşğul olan idmançılar üçün isə bu adi haldır.
Rəfiqə: Məni daimi izləyən insanlar futbol anlayışıma bələddir. Tez-tez sosial şəbəkədən müsbət fikirlər də yazırlar. Düzü, əvvəl bu fikri daha sərt şəkildə biruzə verirdilər. Gördülər ki, əl çəkmək fikrim yoxdur, məni qəbul etdilər (gülür).
- Bəs qarşı cins nümayəndələri – azarkeşlərin, jurnalistlərin, idmançıların sizə qarşı münasibət necədir?
Zeynəb: Oğlanların bəzisi düşünür ki, qızlar özlərini onlara göstərmək üçün futbolla maraqlanırlar. Eqoya baxın da (gülür) Bəlkə də elə qızlar var, ancaq belə düşüncəni absurd hesab edirəm. Maraq olmasa, 3 gün, 5 gün sonra mövzunu başını buraxırsan. Mənim tanıdığım xanım futbol azarkeşlərini nümunə göstərə bilərəm. Mənə münasibətə gəlincə isə, ola bilsin həm də işimlə bağlı olduğuna görə daha hörmətlə yanaşırlar. Hiss etdiyim budur. Bəzən tanımadığım insanlar çox xoş fikirlər yazırlar.
Rəfiqə: İndi tez-tez müəyyən matçlar haqda fikrimi də soruşurlar, müzakirələr də edirlər. Bu hal xoşuma gəlir.
- İşinizə görə başınıza hansısa maraqlı hadisə gəlib?
Zeynəb: Əvvəl hansısa oyuna gedəndə təəccüblə baxırdılarsa, indi yaxınlaşıb görüşürlər. Daha çox mühafizəçilər təəccüblənir. Bir tədbirə gedəndə yanımda heç olmasa, bir nəfər tanıdığım həmkarımın olmasını istəyirəm. Bir dəfə tədbirə gedirdim. Hava da çox soyuq idi. İrəlidə gedən oğlan həmkarlarımızdan birinə oxşatdım. Sürətli gedirdi, mən də arxasınca qaçırdım. Çatanda dayanıb üzünə baxdım, başqa adam imiş. Sonra da mən üzrxahlıq edib uzaqlaşdım. Amma arxamca düşmüşdü (gülür).
Rəfiqə: İlk canlı efirimi heç vaxt unutmaram. “Neftçi”nin stadionunda canlı yayımda idik. Matçı Rüstəm Əfsərli şərh edirdi. Sözü mənə ötürəndə, külək vurub, qulaqlığı atdı qulağımdam. Həyəcanlı olmağım bəs deyilmiş kimi, nə rejissor, nə şərhçini eşidirdim. Dilim dolaşdı, qarışıq bir cümlə qurdum. Nə dediyimi heç özüm anlamadım. Yanımda Emin Abbasov vardı. O ünvanladığı komplimentlə vəziyyəti toparladı, efirə davam etdik.
Rəfiqə Əziz
- Son olaraq, gələcəkdə bu sahədə çalışmaq istəyən, amma çəkinən xanımlara nə demək istəyirsiniz?
Zeynəb: Jurnalistikada xarakter önəmlidir. Bu, fərdə görə dəyişir. Əsas özlərini rahat hiss etdikləri kimi davransınlar. İdman mətbuatı təsəvvür edildiyindən daha yaxşıdır. Burda da iş yeri, kollektiv faktoru çox önəm daşıyır. Bu isə tək idman sahəsinə aid deyil. Mənfi tərəfləri də var. Məsələn, vaxtaşırı gender bərabərsizliyi ilə üzləşirəm. Nəinki ölkəxarici, heç ölkədaxili səfərlərə də gedə bilmirəm. Səbəb də tək olmağımı göstərirlər. Bu qeydi haqlı saydığım məqamlar olsa da, bəzən haqsızlıq edildiyini də qəbul edirsən.
Rəfiqə: Niyə çəkinməlidirlər ki? Əgər bu işi sevirlərsə ikinci bir adamın sözünə fikir verməsinlər. Zamanında məni də çox yayındırmağa çalışıblar. Amma inandığım bir şey var. Sevgi ilə gedilən yolun sonu həmişə uğurdur.
Bir daha, bütün qadınları bu gün münasibəti ilə təbrik edir, ən gözəl günlər arzu edirik. Bayramınız mübarək, əziz xanımlar!
Məftun RƏSULZADƏ
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu
"Liverpul"un "Qalatasaray"a vurduğu 4 qol - Video
Salahdan ÇL-də 50-ci qol
"Barselona" "Nyukasl"a 7 qol vurdu - Video
"Qalatasaray" Osimheni itirdi
A seriyasında yeni baş məşqçi
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda