"Avro-2020"nin talismanı nə vaxt təqdim olunacaq?

"Avro-2020"nin talismanı nə vaxt təqdim olunacaq?
XƏBƏR 7 Mart 2019 / 18:50 1419
-  A +

"Avro-2020"nin talismanının təqdim olunacağı tarix açıqlanıb.

Qol.az-ın "R-Sport"a istinadən yaydığı xəbərə görə, bu barədə yarışın Rusiya üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib. O bildirib ki, Avropa çempionatının maskotu martın 25-də təqdim olunacaq.

Qeyd edək ki, "Avro-2020"nin final mərhələsinin oyunları Avropanın 12 şəhərində keçiriləcək. Turnirin 4 oyunu Bakıda olacaq.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner